"Qarabağ" kolumbiyalı futbolçunu transfer etdi

13:37 - 6 İyun 2020

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın "Şaveş" klubunun müdafiəçisi Kevin Medinanı transfer edib.

 

"Transfermarkt" portalı futbolçunu "Qarabağ"ın üzvü kimi təqdim edir. Bu keçidin "atlılar"a neçəyə başa gəlməsi haqda məlumat yer almayıb. Ancaq Premyer Liqanın liderinin müəyyən bir məbləğ ödədiyi qeyd olunub.

 

Karyerası Portuqaliya ilə bağlı olan Medina keçən ilin yayından "Şaveş"də çıxış edirdi. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovenze", "Sintrenze", "Moura" və "Naval"ın da formasını geyinib. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.

Xəbər xətti