"Qarabağ"a qayıdacağına işarə vurdu - FOTO

"Neftçi"dən ayrılan Donald Geryenin "Qarabağ"a qayıdacağı gözlənilir.

 

Sportal.az xəbər verir ki, haitili cinah futbolçusu sosial şəbəkə hesabında Ağdam klubuna dönəcəyinə işarə vuran paylaşım edib. O, "Qarabağ" forması ilə fotosunu paylaşıb.

 

31 yaşlı futbolçunun keçmiş komandası ilə 1+1 illik müqavilə imzalayacağı gözlənilir. Gerye ötən mövsüm "Neftçi"də 14 oyun keçirib, 1 qol vurub və 2 assist edib. Haiti millisinin üzvü 2017-2019-cu illərdə "Qarabağ"da oynamışdı.

 

Tarix: 29 İyun [12:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Yanvar 2021
21  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio