"Sabah"da ayrılıq

15:41 - 29 İyun 2020

“Sabah”da ayrılıq baş verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevin sözləşməsi uzadılmayıb.

 

İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə 42 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti