"Liverpul"un müdafiəçisi mövsümü başa vurdu

15:12 - 30 İyun 2020

Premyer Liqanın başa çatmağına 7 tur qalmış çempionluğunu rəsmiləşdirən "Liverpul" itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar"ın müdafiəçisi Joel Matip sıradan çıxıb. "Everton"la oyunda xəsarət alan kamerunlu futbolçu mövsümün qalan matçlarında oynamayacaq.

 

28 yaşlı futbolçu bu mövsüm 13 oyunda 2 qol vurub.

Xəbər xətti