"İnter" "Real"ın futbolçusunu transfer etdi

19:44 - 2 İyul 2020

"İnter" "Real"ın müdafiəçisi Əşrəf Hakimini transfer edib.

 

Sportal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin saytı məlumat yayıb. Mərakeşli sağ cinah müdafiəçisinin keçidi İtaliya klubuna 40+5 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu "göy-qaralar"la 5 illik müqavilə imzalayıb.

 

Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib. O, ötən mövsüm 45 oyunda 9 qol vurub, 10 assist edib.

Xəbər xətti