Edin Ceko "Yuventus"un hədəfində

17:17 - 4 İyul 2020

"Roma"nın hücumçusu Edin Ceko "Yuventus"un transfer hədəfindədir.

 

Sportal.az "Tuttosport"a istinadla xəbər verir ki, komandanın baş məşqçisi Maurisio Sarri sərəncamında daha bir mərkəz hücumçusunun olmasını istəyir.

 

Turin təmsilçisi baş məşqçinin istəyilə paytaxt klubu ilə danışıqlara başlayıb.

 

34 yaşlı hücumçunun "Roma" ilə 2 illik müqaviləsi mövcuddur. Bosniyalı futbolçu bu mövsüm 35 oyunda 17 qol vurub, 9 assist edib.

Xəbər xətti