"Bayern"dən ayrılmağa qərar verdi

Tyaqo Alkantara "Bayern"dən ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin CEO-su Karl-Hayns Rummeniqe ispaniyalı yarımmüdafiıçinin komandadan getmək istədiyini təsdiq edib. O bildirib ki, 29 yaşlı futbolçu yeni müqavilə təklifini qəbul etməyib.

 

Tyaqonun adı "Liverpul"la hallanır. Rummeniqe hələ "qırmızılar"la danışıqlar aparmadığını söyləyib.

 

Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo "Bayern"də 231 oyun keçirib, 31 qol vurub və 37 assist edib.

 

Tarix: 5 İyul [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Avqust 2020
9  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio