"Liverpul" 17 yaşlı futbolçu ilə uzun müddətli müqavilə imzaladı

"Liverpul"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, mirsisaydlılar 17 yaşlı futbolçusu Harvi Elliottla uzun müddətli sözləşmə imzalayıb.

 

Ötən il "Fulhem"dən transfer edilən vinger bu mövsüm Premyer Liqada 2 oyun keçirib.

 

İngiltərənin U-17 millisinin üzvü Premyer Liqa tarixində meydana çıxmış ən gənc futbolçudur. Elliot 16 yaş 30 günlüyündə ötən il "Fulhem"in "Vulvehempton"la matçında meydana çıxıb.

Tarix: 6 İyul [23:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Avqust 2020
14  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio