"Bucaspor"un yetirməsi "Qarabağ"a keçəcək? - agentindən açıqlama

Türkiyə III liqasında çıxış edən "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydının agenti Gökhan Tabakcıoğlu açıqlama verib.

 

Sportal.az sports.kz saytına istinadla xəbər verir ki, o, müştərisinin "Qarabağ" və"Astana"nın maraq dairəsində olmasından danışıb:

 

"Düşünürəm ki, Aydının bu klublara transfer reallaşmayacaq. Görünür, bu oyunçu ilə o qədər də maraqlanmırlar".

 

Oğuz "Bucaspor" klubunun yetirməsidir. Niderlandda doğulan türk futbolçunun müqaviləsi 2021-ci lin yayında bitir. O, Türkiyənin U-19 millisində bir oyun keçirib.

 

Tarix: 7 İyul [12:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Avqust 2020
9  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio