Mourinyo komandasındakı qalmaqaldan danışdı: "Çox sevindim"

“Tottenhem”in futbolçuları - qapıçı Uqo Lyorislə yarımmüdafiəçi Son Hın-Min arasında gərginlik baş verib.

 

Sportal.az xəbər verir ki, onlar Premyer Liqanın 33-cü turunda "Everton"la matçda münaqişə yaşayıblar. Digər futbolçular qarşıdurmanın böyüməsinə imkan verməyiblər.

 

İkinci hissədə meydana çıxarkən futbolçular qucaqlaşıb və hər şeyin yolunda getdiyini nümayiş etdiriblər.

 

London təmsilçisinin baş məşqçisi Joze Mourinyo qalmaqala münasibət bildirib: "Gözəl, buna görə sevindim. Komanda daxilində gərginliyin olması vacibdir. Əgər buna görə kimisə günahlandıracaqsınızsa, qarşınızda əyləşmişəm. Futbolçulardan bir-birlərinə təzyiq etmələrini tələb etmişəm. Onlar özlərinə tənqidi yanaşmalıdırlar. Komandamda çox yaxşı oğlanlar var, ancaq bununla daha öncə qazanmadığım və maraqlanmadığım Feyr-Pley kubokunu əldə edə bilərəm".

Tarix: 7 İyul [16:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Avqust 2020
14  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio