Əmir Ağayev: "Azərbaycan millisi? Bu, onlara maraqlı deyil" - MÜSAHİBƏ

13:35 - 9 İyul 2020

"Sumqayıt"la müqaviləsi başa çatan Əmir Ağayev jsport.co.il saytına müsahibə verib. Sportal.az 28 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

 

- "Sumqayıt" Avropa Liqasına vəsiqə qazandı. Mövsümün əvvəlində bunu bacaracağınıza inanırdınız?

- Buna inanırdıq, çünki böyük komandamız var. Bu uğura şadıq.

 

- Müqaviləni koronavirusa görə uzatmadın, yoxsa verilmiş peşəkar qərar idi?
- Müqavilənin uzadılmaması koronavirusla bağlı deyil. Yeri gəlmişkən, infeksiya olmasaydı, əminəm ki, statistika baxımından şəxsi rekordu qıracaqdım.

- Ötən il isarilli futbolçu Əli Babayev "Sumqayıt"dan ayrılanda hansı hissləri keçirdin?
- Əli İsrailə qayıdanda əvvəlcə qorxdum. O, mənə çox kömək edib və buna görə çox təşəkkür borcluyam.

- İsraildə və ya ölkə xaricində oynamağa hazırsınız?
- İndi İsraildəyəm və nə edəcəyimizi düşünürük. Həmişə hazıram, amma indi daha təcrübəliyəm. Həyatımda mənə çox şey öyrədən 1-2 hadisə baş verdi.

 

- Azərbaycan çempionatının səviyyəsi necədir?
- Həmişə iddia etmişəm ki, liqaların əksəriyyəti eyni səviyyədədir. Təbii ki, ən yaxşı 5-6 liqadan başqa.

 

- Ailənin yanında olmağı Azərbaycana uyğunlaşmağına kömək etdi. Onlar üçün bu həyat necə keçdi?
- Biz tez uyğunlaşdıq və şəhər xoşumuza gəlirdi. Bakı həqiqətən də heyrətamiz şəhərdir. Vətənimiz İsrail üçün darıxırdıq. İsraildən kənarda olduğum ən uzun müddət idi. Karyeram və maliyyə üçün güzəştlərə getdik.


- Belə parlaq mövsümdən sonra düşünmürsən ki, İsraildə oynayıb, milli komandaya düşə bilərdin?
- Dünyanın hansı liqasında oynayırsansa, özünü yaxşı göstərməlisən. Buna görə də oynadığım yerin əhəmiyyəti yoxdur. Çempionatın səviyyəsi etdiklərimə bağlı deyildi.

 

- Azərbaycan pasportunuz var? Bu milli komandaya dəvət almaq sizi qane edər?
- Yığmada nə qədər adamın Əmir Ağayevin Azərbaycanda nə etdiyi ilə maraqlandığını bilmirəm. Bu, onlar üçün maraqlı deyil.

 

- Növbəti mövsüm özünüzü harada görürsünüz?
- Gələn mövsüm üçün nəsə bilmirəm. İndi darıxdığımız İsrail qoxusu ilə sakit düşünməyə zamanımız var. Daha yaxşı olacağına ümid edirik.

Xəbər xətti