İngiltərənin "Brayton" klubu Dieqo Qomesin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Paraqvay millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Brayton" Dieqo Qomesi 2025-ci ilin yanvarında "İnter Mayami"dən 13 milyon avroya transfer edib. 23 yaşlı futbolçu 2025/26 mövsümündə "qağayılar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
