Premyer Liqada ötən ayın ən yaxşıları açıqlandı

16:01 - 10 İyul 2020

İngiltərə Premyer Liqasında iyun ayının ən yaxşı baş məşqçisi və futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş ən yaxşı futbolçu adına layiq görülüb. Portuqaliyalı futbolçu iyunda 3 oyun keçirib və 3 qol vurub.

 

“Vulverhempton”un çalışdırıcısı Nunu Eşpiritu Santu ən yaxşı baş məşqçi seçilib. "Canavarlar" ötən ay keçirdiyi 3 oyunda 3 qələbə qazanıb.

Xəbər xətti