Canni De Byazinin daha iki köməkçisi müəyyənləşdi

12:48 - 11 İyul 2020

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha iki köməkçisi məlum olub.

 

Sportal.az "Tuttomercato" nəşrinə istinadla xəbər verir ki, italiyalı məşqçilər - Benni Karbone və Klaudio Beluççi 64 yaşlı mütəxəssisin köməkçisi olacaqlar.

 

Karbone son olaraq 2017/2018 mövsümündə "Krotone"də köməkçi məşqçi olub. Beluççini isə son dəfə 2018/10 mövsümündə "Albissolo" klubunda çalışıb.

 

Canni De Byazinin digər köməkçisi Arif Əsədovdur. Albaniya millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqollinin də məşqçilər korpusunda yer alacağı barədə xəbərlər yayılıb.

Xəbər xətti