Almaniya klubu "Qarabağ"dan qayıdan futbolçunu istəmir

"Ştutqart" "Qarabağ"la icarə müddəti başa çatan Aylton Silva ilə yolları ayıracaq.

Sportal.az xəbər verir ki, bu barədə klubun idman direktoru Sven Mislintat Almaniya mətbuatına açıqlamasında deyib. O, braziliyalı müdafiəçinin komandada rəqabət aparmaq gücündə olmadığını bildirib: "Komandadakı hazırkı rəqabəti nəzərə alaraq, Ayltona burada şans görmürük. Buna görə də hər iki tərəf üçün sərfəli variant axtarırıq".

Aylton Silvanın klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

"Ştutqart" 2020/21 mövsümündə Bundesliada çıxış edəcək.

Tarix: 13 İyul [11:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Avqust 2020
10  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio