"Mançester Siti"nin cəzası ləğv edildi

12:50 - 13 İyul 2020

UEFA-nın "Mançester Siti"yə qoyduğu iki illik avrokuboklarda iştirak qadağası aradan qaldırılıb.

Sportal.az xəbər verir ki, bununla bağlı İdman Arbitraj Məhkəməsi (CAS) qərar qəbul edib. Bu gün keçirilən iclasda "şəhərlilər"in şikayətinə baxılıb və iki illik avrokuboklarda iştirak cəzası 10 milyon avro ilə əvəzlənib.

Beləliklə, MS növbəti mövsüm qitəmiqyaslı yarışlarda çıxış edə biləcək.

Xəbər xətti