Azərbaycan millisindən qovulan futbolçu 3-cü divizion klubunda

10:20 - 14 İyul 2020

Azərbaycan millisinin keçmiş hücumçusu Dəniz Yılmazın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bir ildir klubsuz qalan 32 yaşlı futbolçu Türkiyənin 3-cü divizion təmsilçisi "Elzasığspor" ilə anlaşıb. Klub prezidenti Səlçuk Öztürk təcrübəli futbolçunun razılığını alıb.

 

Dəniz daha öncə bu klubda çıxış edib. O, 2013-cü ildə "Maynts"dan "Elazığspor"a keçmişdi. Hücumçu 2019-cu ildə "Gənclərbirliyi"ndən ayrıldıqdan sonra klubsuz qalmışdı.

 

Yılmaz 2016-cı ildə Azərbaycan yığmasına dəvət alıb və 2 oyun keçirib. Həmin zaman millinin çalışdırıcısı olan Robert Prosineçki futbolçunu intizamsızlığına görə yığmadan uzaqlaşdırmışdı.

Xəbər xətti