Fəridin komandası mövsümü qələbə ilə başa vurdu

02:43 - 15 İyul 2020

Çexiya II Liqasında sonuncu - XXX turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya Jijkov" öz meydanında lider "Pardubiçe"yə qalib gəlib - 2:1.

 

Fərid matçın 46-cı dəqiqəsində meydana çıxıb.

 

"Viktoriya" mövsümü 49 xalla 5-ci sırada başa vurub və elitaya yüksələ bilməyib.

Xəbər xətti