Uroş Matiç: "Qarabağ"ın uğurlarının heç biri təsadüfi deyil"

13:13 - 26 İyul 2020

"Qarabağ"ın yeni transferi Uroş Matiç açıqlama verib.

Sportal.az lubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"a gəldiyi üçün xoşbəxt olduğunu bildirib:

"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudu. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüfi deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".

Xəbər xətti