Antonio Konte "İnter"dən ayrılır?

13:03 - 3 Avqust 2020

"İnter"in baş məşqçisi Antonio Kontenin istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb.

 

Sportal.az "Football Italia"ya istinadla xəbər verir ki, italiyalı mütəxəssislə bağlı bu gün qərar veriləcək. O, klubun direktoru Beppe Marotta ilə görüşəcək və gələcəyini müzakirə edəcək.

 

Məlumata görə, 51 yaşlı mütəxəssisin fikirləri klub rəhbərliyi ilə üst-üstə düşmür. Buna görə də, Konte Milan təmsilçisindən qalmaq istəmir.

 

"İnter"in baş məşqçi postuna yeni namizədlər də açıqlanıb. Maurisio Poçettino və ya Massimiliano Alleqrinin bu vəzifəyə gətiriləcəyi iddia edilir.

 

Konte ötən mövsümdən "İnter"i çalışdırır. "Göy-qaralar" A Seriyasında 2-ci yeri tutub.

Xəbər xətti