Levandovski: "Kloppun iki üzü var"

17:46 - 4 Avqust 2020

"Bayern"in hücumçusu Robert Levandovski bəyəndiyi baş məşqçini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, polşalı hücumçu Dortmund "Borussiya"sında rəhbərliyi altında oynadığı Yurgen Kloppu fərqləndirib:

 

"Kloppun iki üzü var: bir üzü ata, digəri isə baş məşqçi. Futbolçular üçün böyük motivasiya qaynağıdır. Bunu mükəmməl bilir, çünki harada dayanacağını bilir. Klopp əla baş məşqçi olmaqla yanaşı, möhtəşəm insandır".

Xəbər xətti