"Selta" Əmrə Mordan qurtulmaq istəyir

"Selta" ötən mövsümü icarə əsasında "Qalatasaray" və "Olimpiakos"da icarə əsasında keçirən Əmrə Mora klub axtarır.

 

Sportal.az xəbər verir ki, Viqo təmsilçisi hər iki klubda zəif performans göstərən futbolçudan birdəfəlik qurtulmaq istəyir. La Liqa klubu türkiyəli vingeri gələn mövsüm üçün planlarında görmədiyi üçün onu satışa çıxardıb.

 

Əmrə hazırda komandanın hazırlığında yer almır və fərdi məşq edir. "Selta" 23 yaşlı futbolçunu 2017-ci ildə "Borussiya"dan 13 milyon avroya transfer etmişdi.

Tarix: 4 Avqust [17:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio