Kris Smollinq "Roma"dan ayrıldı

09:45 - 5 Avqust 2020

“Roma” "Mançester Yunayted"dən icarəyə götürdüyü Kris Smollinqin transfer hüququna yiyələnə bilməyib.

 

Sportal.az xəbər verir ki, müqavilə müddəti başa çatan 30 yaşlı müdafiəçi Mançester təmsilçisinə qayıdıb.

 

İngilis futbolçu ötən mövsüm "canavarlar"da keçirdiyi 37 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti