"Lill"dən rekord transfer

23:55 - 6 Avqust 2020

Fransanın "Lill" klubu növbəti transferini yekunlaşdırmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, "çoban itləri" Belçikanın "Gent" klubunun hücumçusu Conatan Davidin transferini 30 milyon avroya həll etməyə yaxındır. Bu, I Liqa təmsilçisi tarixində ən bahalı transfer olacaq.

 

Kanadalı futbolçu ötən mövsüm keçirdiyi 40 oyunda 23 qol vurub, 10 məhsuldar ötürmə edib.

Xəbər xətti