Premyer Liqada mövsümün ən yaxşısı adına 7 namizəd

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu adına yeddi namizəd açıqlanıb.

 

Sportal.az xəbər verir ki, çempion “Liverpul”dan Cordan Henderson, Sadio Mane və Trent Aleksander-Arnold ən yaxşı futbolçu adına iddialıdırlar.


“Börnli”nin qapıçısı Nik Poup, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne, “Sauthempton”un hücumçusu Denni İnqs və “Lester Siti”nin forvardı Ceymi Vardi də namizədlər siyahısındadır.


Azarkeşlər Premyer Liqanın rəsmi saytında səsvermədə iştirak edə bilər.

Tarix: 8 Avqust [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio