"Əl-Salmiyə"dən ayrılan Kamal Mirzəyev Azərbaycana qayıtdı

20:20 - 8 Avqust 2020

Küveytin "Əl-Salmiyə" klubundan ayrılan Kamal Mirzəyev ötən gün Azərbaycana qayıdıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu "Instagram" hesabında Bakıya gəldiyi fotonu paylaşıb. Koronavirus pandemiyasına görə uzun müddət Küveytdə qalan futbolçunun dönməsinə AFFA da köməklik edib.

 

Kamalın yaxın günlərdə Azərbaycanda yeni klubu bəlli olacaq. Milli üzvü ötən yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçmişdi.

Xəbər xətti