"Real" yaponiyalı futbolçunu icarəyə verdi

11:45 - 11 Avqust 2020

"Real" futbolçusu Takefusa Kubonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisi "Vilyarreal"la 1 illik icarə müqaviləsi imzalayıb.

 

Yaponiyalı futbolçu ötən mövsümü icarə əsasında "Malyorka"da keçirib. O, La Liqada keçirdiyi 35 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti