"Mançester Siti" "Napoli"yə 55 milyon təklif etdi

12:55 - 11 Avqust 2020

"Mançester Siti" "Napoli"nin müdafiəçisi Kalidu Kulibalini transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" seneqallı futbolçunu heyətinə qatmaq üçün Neapol təmsilçisinə 55 milyon avro təklif edib. Mançester Siti 29 yaşlı futbolçuya "Napoli"dəki qazancından daha çox maaş təklif edib.

 

Kulibalinin "Napoli" ilə müqaviləsi 2023-cü ilə qədərdir. O, ötən mövsüm 34 oyun keçirib.

Xəbər xətti