Əmrə Mor "Selta"ya da lazım deyil

"Selta" ötən mövsümü icarə əsasında "Qalatasaray" və "Olimpiakos"da icarə əsasında keçirən Əmrə Moru yeni mövsümün hazırlığına dəvət etməyib.

 

Sportal.az xəbər verir ki, Viqo təmsilçisi hər iki klubda zəif performans göstərən intizamsız futbolçunu satışa çıxarıb. Lakin ona ciddi şəkildə maraq göstərən klub yoxdur.

 

La Liqa təmsilçisi 23 yaşlı futbolçunu 2017-ci ildə "Borussiya"dan 13 milyon avroya transfer etmişdi. Onun hazırda qiyməti 800 min avroya enib.

Tarix: 11 Avqust [12:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio