Pavel Paşayevin müqaviləsi uzadıldı

17:09 - 12 Avqust 2020

Ukraynanın "Aleksandriya" klubu Azərbaycan millisinin üzvü Pavel Paşayevin müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

 

Paşayev 2017-ci ildən "marallar"da çıxış edir. O, ötən mövsüm keçirdiyi 27 oyunda 1 məhsuldar ötürmə edib.

Xəbər xətti