Nikolas Qaytan Portuqaliyaya qayıtdı

14:45 - 13 Avqust 2020

Portuqaliyanın "Braqa" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "baş yepiskoplar" "Lill"dən ayrılan Nikolas Qaytanı rənglərinə bağlayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

 

Argentinalı futbolçu ABŞ-ın "Çikaqo Fayr" klubundan "Lill"ə keçmişdi. "Boka Xuniors"un yetirməsi daha öncə "Atletiko" və "Benfika"da da oynayıb.

Xəbər xətti