"Benfika" Kavaninin transferini tamamladı

17:09 - 16 Avqust 2020

"Benfika" PSJ ilə müqaviləsini uzatmayan Edinson Kavanini transferini tamamlayıb.

 

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi azad agent statusu daşıyan uruqvaylı hücumçu ilə 3 illik razılığa gəlib. 33 yaşlı futbolçunun illik maaşı 9 milyon avro olacaq.

 

Təcrübəli futbolçu tezliklə Portuqaliyaya gəlib, yeni komandasına qoşulacaq.

 

Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada  301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.

Xəbər xətti