Cavid Hüseynov "Zirə"yə qarşı niyə oynamır?

18:18 - 23 Avqust 2020

Premyer Liqanın 1-ci turunda "Qəbələ" "Zirə"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, meydan sahibləri oyuna ciddi itki ilə çıxacaq. Komandanın kapitanı Cavid Hüseynov qarşılaşmanın iştirakçısı olmayacaq.

 

Buna səbəb 32 yaşlı yarımmüdafiəçinin ötən mövsüm "Zirə"nin heyətində cəzalı duruma düşməsi olub. Təcrübəli futbolçu ötən mövsüm çempionatın 17-ci turunun "Qarabağ"la görüşündə hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanmışdı. Hüseynov "Zirə"nin heyətində 3 oyun meydana çıxmamışdı. Bu qarşılaşmada iştirak etməyəcək Cavidin cəzası sona çatacaq.

Xəbər xətti