"İdman" kanalında Azərbaycan futbolu ilə bağlı yeni veriliş

11:34 - 24 Avqust 2020

Bu gün “İdman” kanalında yeni futbol verilişi tamaşaçıların görüşünə gələcək.

 

Sporta.az xəbər verir ki, “Mərkəzi xətt” adlanan veriliş sırf Azərbaycan futboluna həsr olunub. Hər həftənin 1-ci günü saat 21:30-da başlayacaq verilişdə ölkə çempionatının oyunlarından fraqmentlər tədqim ediləcək, mütəxəssislərin təhlili olacaq.

 

Proqram 1 saat davam edəcək.

Xəbər xətti