Roman Qriqorçukun yeni iş yeri məlum oldu

01:23 - 6 Sentyabr 2020

“Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.
 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Belarusun “Şaxtyor” klubunun baş məşqçisi təyin edilib. Ukraynalı çalışdırıcı bu vəzifədə yerlisi Yuri Vernidubu əvəzləyib.

 

Soliqorsk təmsilçisi müqavilənin şərtlərini açıqlamayıb.
 

Roman Qriqorçukun köməkçiləri Andrey Qluşenko, Anatoli Korotya və Mixail Savka olacaqlar. 

 

Qriqorçuk 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb və komandanı 2 dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyıb. O, "qırmızı-qaralar"dan ayrıldıqdan sonra Qazaxıstan təmsilçisi "Astana"nın baş məşqçisi olub.

Xəbər xətti