Fərid qol vurdu, "Viktoriya" qalib gəldi

00:58 - 13 Sentyabr 2020

Çexiya 1-ci divizionunda 3-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə “Prosteyov” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

 

Fərid 60-cı dəqiqədə meydana daxil olub. O, 90+1-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

 

“Viktoriya” 9 xalla 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti