Çempionlar Liqası: pley-offun cütlükləri müəyyənləşdi

01:01 - 17 Sentyabr 2020

Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ı penaltilərdə mübarizədən kənarlaşdıran Norveç təmsilçisi "Molde" pley-offda Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq.

 

Pley-off mərhələsində qaliblər təsnifat oyunlarından fərqli olaraq, 2 görüşdən sonra müəyyənləşəcək. Pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da keçiriləcək.

 

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar yolu

“Slaviya” (Çexiya) - “Midtyulland” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

 

Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna).

Xəbər xətti