Çempionlar Liqası: qrup mərhələsinin bütün iştirakçıları bilindi

Bu gün Çempionlar Liqasının 2020/21 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq.

 

32 komanda 4 səbətə bölünüb. Hər qrupda 4 komanda yer alacaq. Eyni ölkələrin komandaları qrupda rəqib ola bilməz.

 

I səbət: "Bayern" (Almaniya), "Real", "Sevilya" (hər ikisi İspaniya), "Liverpul" (İngiltərə), "Yuventus" (İtaliya), PSJ (Fransa), "Zenit" (Rusiya), "Portu" (Portuqaliya);

 

II səbət: "Barselona", "Atletiko" (hər ikisi İspaniya), Mançester Siti", "Mançester Yunayted", "Çelsi" (hər üçün İngiltərə), "Şaxtyor" (Ukrayna), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland);

 

III səbət: "Dinamo" (Kiyev, Ukrayna), "Leyptsiq" (Almaniya), "İnter", "Latsio", "Atalanta" (hər üçün İtaliya), "Olimpiakos" (Yunanıstan), "Zalsburq" (Avstriya), "Krasnodar" (Rusiya);

 

IV səbət: "Başakşəhər" (Türkiyə), "Lokomotiv" (Rusiya), "Marsel", "Renn" (hər ikisi Fransa), "Brügge" (Belçika), "Borussiya" (Mönhenqladbax, Almaniya), "Ferensvaroş" (Macarıstan"), "Mitdyullann" (Danimarka).

Tarix: 1 Oktyabr [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio