Klublar ordumuza dəstək oldular - FOTOLAR

17:38 - 3 Oktyabr 2020

Azərbaycan Premyer Liqasının Vturunda bu gün üz-üzə gələn klublar Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" və "Sumqayıt" meydana üzərində "Ordumuzun yanındayıq! İrəli, Azərbaycan əsgəri!" şüarları yazılmış pankartla çıxıblar. Daha sonra matçın oynanıldığı Qəbələ şəhər stadionunda Dövlət himni səsləndirilib.

 

"Zirə" - "Neftçi" oyununda da komandalar və matçın hakimləri Ordumuza dəstək məqsədilə meydana hərbi formada çıxıblar. Formaların üzərində Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarı əks olunub.

 

Həmçinin tribunanın bir hissəsində Dövlət bayrağı açılıb. Digər hissədə isə "Qarabağ Azərbaycandır" sözləri yazılıb. Start fitindən əvvəl Azərbaycan himni səsləndirilib.

 

Xəbər xətti