Sabiq "Qalatasaray"lı "Mançester Yunayted"də

00:49 - 6 Oktyabr 2020

"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi "Portu"nun müdafiəçisi Aleks Tellesin transferini tamamlayıb.  27 yaşlı oyunçu ilə 4+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Telles bu mövsüm Portuqaliya çempionatında 3 oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib.

Xatırladaq ki, "Portu" Tellesi "Qalatasaray"dan transfer etmişdi.

Xəbər xətti