"Liverpul" büdrədi, "Mançester Siti" və "Mançester Yunayted" qələbə qazandı

İngiltərə Premyer Liqasında 5-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Liverpul" "Mersisayd" derbisində "Everton"la səfərdə heç-heçə edib. "Mançester Yunayted" səfərdə "Nyukasl"ı son dəqiqələrdə vurduğu qollarla 4:1 hesabıyla məğlub edib. Turun mərkəzi qarşılaşmasında isə "Mançester Siti" "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib.

 

İngiltərə Premyer Liqası
5-ci tur
17 oktyabr

Everton – Liverpul 2:2
Qol:
M.Kin, 19. Kalvert, 81 – Mane, 3. Salah, 72.

 

Çelsi – Sauthempton 3:3
Qol:
Verner, 15; 28. Haverts, 59 – İnqs, 43. Adams, 57. Vesterqaard, 90+2.

 

Mançester Siti – Arsenal 1:0
Qol:
Sterlinq, 23.

 

Nyukasl – Mançester Yunayted 1:4
Qol:
Şou, 2-öz qapısına – Maquayr, 23. B.Fernandes, 86. Van-Bissaka, 90. Reşford, 90+6.

Tarix: 18 Oktyabr [01:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio