"Vilyarreal favorit, digər üç komanda eyni gücdədi" - "Sivasspor"un prezidenti

16:54 - 21 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz açıqlama verib.

Sportal.az xəbər verir ki, o, "Vilyarreal"la oyunöncəsi İspaniya klubunu qrupun favoriti adlandırıb:

"Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq. Hələlik bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik. "Vilyarreal" birinci səbətdə olduğu üçün favoritdi. Digər üç komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik".

Xəbər xətti