Semih Kayan Azərbaycan klubunda

10:40 - 23 Oktyabr 2020

Türkiyəli futbolçu Semih Kayan karyerasını Azərbacanda davam etdirəcək.

Sportal.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı oyunçu Premyer Liqa klublarının biri ilə anlaşıb. Həmin komandanın hansı olduğunu dəqiqləşdirmək mümkün olmasa da, gənc vingerin Azərbaycanda oynayacağı bəllidi. O, yeni klubuna azad agent kimi keçib.

Karyerası ərzində Almaniyada "Köln" və "Axen"in aşağı yaş komandalarında çıxış edən futbolçu Türkiyədə "Pendikspor"un uğurlrarı üçün çalışıb. Qonşu ölkənin U-16 millisinin də formasını geyinmiş Semih son olaraq Almaniyada "Optik Ratenou"da oynayıb və bu yaydan klubsuzdu.

Xəbər xətti