Araz Abdullayev oynadı, komandası heç-heçə etdi

Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. Bolu təmsilçisi doğma meydanda “Menemenspor”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Araz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

7 turdan sonra hesabında 3 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.

Tarix: 27 Oktyabr [00:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2020
3  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio