"Qarabağ" "Vilyarreal"a məğlub oldu - YENİLƏNİB

23:50 - 29 Oktyabr 2020

Avropa Liqasında qrup mərhəlisinin II turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" "Vilyarreal"ı qəbul edib. İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə olub. "Qarabağ" matçda hesabı açsa da, sonradan 3 qol buraxaraq məğlub olub - 1:3.

Avropa Liqası
Qrup mərhələsi, II tur

29 oktyabr

I qrupu


21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3
Qollar:
 Kvabena Ovusu, 78 - Pino, 80, Pako Alkaser, 84, 90+6 (pen.)

Baş hakim: Pavel Orel (Çexiya)
İstanbul. “Başakşəhər Fatih Terim” stadionu

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 77. Donald Gerye, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 6. Patrik Andrade, 7. Ovusu Kvabena,10. Abdullah Zubir, 9. Xayme Romero
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 11. Mahir Emreli, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 8. Uroş Matiç
Baş məşqçi: Qurban Qurbanov

“Vilyarreal”: 13. Jeronimo Rulli, 24. Alfonso Pedraza, 4. Pau Torres, 8. Xuan Foyt, 9. Karlos Bakka, 11. Samuel Çukvueze, 14. Manu Trigeros, 16. Takefusa Kubo, 20. Ruben Pena, 21. Xayme Kosta, 10. Visente İborra (k)
Ehtiyat oyunçular: 1. Serxio Asenxo, 35. Filip Yorgensen, 2. Mario Qaspar, 6. Funes Mori, 23. Moi Qomes, 17. Pako Alkaser, 34. Fernando Ninyo, 3. Raul Albiol, 19. Frensis Kokelin, 32. Aleks Baena, 30. Yeremi Pino
Baş məşqçi: Unay Emeri

Xəbər xətti