"Qarabağ"da ciddi itkilər

14:07 - 25 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah "Sivasspor"la qarşılaşacaq "Qarabağ"ın heyətlə bağlı problemləri var.

Sportal.az xəbər verir ki, Filip Ozobiç cəza üzündən, Maksim Medvedevlə Rahil Məmmədov isə koronavirusa yoluxduqları üçün İstanbula aparılmayıb.

Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun durumu isə qeyri-müəyyəndi. Zədəli olan bu futbolçuların oynaya bilib-bilməyəcəyi sabah dəqiqləşəcək.

İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq..

Xəbər xətti