Nağıyev üçün 90 dəqiqə və 1 xal

Moldova çempionatında XXI turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” doğma meydanda “Buyukani” ilə heç-heçə edib – 1:1.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

21 turdan sonra 29 xalı olan “Dinamo-Avto” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Tarix: 30 Noyabr [11:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio