Balotellidən ŞOK qərar: Karyerasını bu klubda davam etdirəcək

15:50 - 5 Dekabr 2020

İtaliya millisinin keçmiş üzvü Mario Balotellinin yeni klubunun adına aydınlıq gəlməz üzrədir. 


Sportal.az xəbər verir ki, “Breşia”dan ayrıldıqdan sonra klubsuz qalan qalmaqallı hücumçu karyerasını Braziliyada davam etdirəcək. O  ölkənin A Seriyasında çıxış edən “Vaqo De Qama” klubu ilə razılıq əldə edib. 30 yaşlı hücumçu yeni klubu ilə 1 illik müqavilə imzalayacaq və 2,5 milyon avro qazanacaq. 


Qeyd edək ki, Balottelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul” və “Marsel” kimi məşhur klublarda forma geyinib.  

Xəbər xətti