Uilşirin yeni klubu məlum oldu

22:55 - 18 Yanvar 2021

2020-ci ilin oktyabrında "Vest Hem"dən ayrılan Cek Uilşirin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Bornmut"a keçib. İngiltərə millisinin üzvü Çempionşip təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

"Arsenal"ın yetirməsi 2016/17-ci illər mövsümündə "Bornmut"a icarəyə verilmişdi.

Xəbər xətti