"Fənərbaxça"dan növbəti transfer

01:11 - 24 Yanvar 2021

"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin KPR klubunun sağ cinah vingeri Brayt Osayi-Samueli tranfer edib. Nigeriya əsilli ingilis futbolçu ilə 4,5 illik anlaşma ədə edilib.

 

Klub saytının məlumatına görə, 23 yaşlı oyunçu tezliklə İstanbula gəlib, tibbi müayinədən keçəcək.

 

"Bləkpul"un yetirməsi 2017-ci ildən KPR klubunda çıxış edirdi.

Xəbər xətti